BAKI, 3 oktyabr. TELEQRAF

“Bəşər Əsədin devrilməsi İsrailin maraqlarına uyğun deyildi”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahunun keçmiş müşaviri Ran Barats deyib.

O bildirib ki, İsrail Suriyada hakimiyyətdə Bəşər Əsədin qalmasını istəyib.

“Hizbullah”a dəstək verməsinə baxmayaraq, biz daha çox Əsədə üstünlük verərdik”, - keçmiş müşavir qeyd edib.