BAKI, 17 sentyabr. TELEQRAF

Oman Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Məkkə şəhərinə PUA buraxmasını pisləyib.

Teleqraf xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi Məkkəyə hücum cəhdlərini “cinayət və xəyanət” adlandırıb.

Oman həmçinin Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bildirərək, region ölkələrini həll olunmamış ikitərəfli, regional və çoxtərəfli məsələlərin həlli istiqamətində əməkdaşlıq və həmrəyliyi artırmağa çağırıb.