BAKI, 21 avqust. TELEQRAF

“İran Silahlı Qüvvələri heç vaxt müharibəyə başlayan tərəf olmayıb, amma ölkənin müstəqilliyinə və təhlükəsizliyinə qarşı hərbi təcavüzə icazə verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran müdafiə naziri Məcid Rza deyib.

“İran İslam Respublikasının bu gün malik olduğu müdafiə gücü müharibə aparmaq üçün yox, müharibə və təcavüzün qarşısını almaq üçündür”, - nazir bildirib.