BAKI, 18 noyabr. TELEQRAF
İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsi üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İran ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı ölkənin cənub-şərqində yerləşən yerli hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib.