BAKI, 20 noyabr. TELEQRAF
İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri Roman Qoffman ABŞ-ni İrana qarşı hücumları bərpa etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat tayıb.
İsrail xarici kəşfiyyatının rəhbəri Vaşinqtonda Donald Tramp administrasiyasının nümayəndələri, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşüb. Qoffman Amerika tərəfinə Tehranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edərək, İrana qarşı yeni uzunmüddətli hərbi kampaniyanın aparılmasına çağırıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hazırda Tehrana qarşı əlavə tədbirlər üçün variantları nəzərdən keçirir.
İsrail Baş naziri Benyamin Netanyahu bundan əvvəl İrana qarşı yeni hərbi əməliyyatların qaçılmaz olduğunu bildirmişdi.