BAKI, 20 avqust. TELEQRAF

Yəməndəki qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki hava limanına və milli neft şirkəti “Saudi Aramco”ya məxsus obyektə dronlarla zərbələr endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.

“Yəmən silahlı qüvvələri (husilər) dronlardan istifadə etməklə iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat Nəcran hava limanındakı mühüm obyektə, ikinci əməliyyat isə Nəcrandakı “Aramco” obyektinə qarşı olub”, - o deyib.

Səriya hər iki hücumun uğurla öz hədəflərinə çatdığını iddia edib.