BAKI, 18 avqust. TELEQRAF

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi avqustun 17-də İrandan İraq Kürd Muxtariyyətinin baş naziri Məsrur Bərzaninin ofisinə dron hücumunu pisləyib.

Teleqraf xəbər verir ki, rəsmi Ər-Riyad hücumu “İraqın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması” adlandırıb.

“Səudiyyə Ərəbistanı hüquqi-siyasi şəxsləri hədəfə alan bütün düşmənçilik xarakterli addımları, həmçinin İraqın dövlət qurumlarının təhlükəsizliyini riskə atan və ya bu ölkənin təhlükəsizliyi və sabitliyini pozan istənilən hərəkəti tamamilə rədd edir”, - bəyanatda qeyd olunub.

Nazirlik Səudiyyə Ərəbistanının ölkələrin daxili işlərinə hər cür müdaxiləyə, onların suverenliyinin pozulmasına, normal qonşuluq prinsiplərinin və beynəlxalq hüququn tapdalanmasına qarşı olduğu mövqeyini də növbəti dəfə vurğulayıb.