BAKI, 16 avqust. TELEQRAF

İsrailin müdafiə naziri İsrael Kats Livanda hərbi əməliyyatların kəskinləşdiyi bir vaxtda yeni zərbələrin endiriləcəyi ilə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Nazir ölkəsinin təhlükəsizliyinə qarşı yönələn addımlara sərt cavab veriləcəyini bəyan edib.

"Heç bir meydanda hesabımız açıq qalmayacaq. Hərbçilərimizə və vətəndaşlarımıza xələl gətirənlərə bütün gücümüzlə zərbə endirəcəyik", — deyə İ.Kats bildirib.

Livanın rəsmi xəbər agentliyinin məlumatına görə, İsrail ordusunun ölkənin cənubuna endirdiyi zərbələr nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 11 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.