BAKI, 11 noyabr. TELEQRAF

Pakistanın Xeybər-Paxtunxva əyalətinin Kohat bölgəsində 11 polis əməkdaşı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, Pakistan Daxili İşlər Nazirliyi şərh tələbinə cavab verməyib.

"Hücum edənlər qanunsuz qızıl hasilatının qarşısını almaq üçün reydə yollanan polis qrupuna atəş açıblar, nəticədə atışma başlayıb. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib", - məlumatda qeyd olunub.