BAKI, 12 iyul. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq olduğunu və naviqasiya azadlığının təmin ediləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı açıqlamada bildirilib.

Məlumata görə, ABŞ hərbi qüvvələri İranın "əsassız təcavüzü, təhdidləri və özbaşına bəyanatlarına" baxmayaraq, beynəlxalq su yolunda naviqasiya azadlığını qorumağa hazır vəziyyətdədir.

CENTCOM, həmçinin İranın Hörmüz boğazına nəzarət etmədiyini iddia edib və boğazda gəmi hərəkətinin normal qaydada davam etdiyini vurğulayıb.