BAKI, 12 iyul. TELEQRAF

İran ordusunun Hörmüz boğazında hücumuna məruz qalan "GFS Galaxy" ticarət yük gəmisindən 23 dənizçi xilas edilib.

Teleqraf xəbər verir ki, bu barədə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Rəsmi qurumun bəyanatında bildirilib ki, hazırda hücum nəticəsində zərər çəkmiş gəminin itkin düşmüş bir heyət üzvünün axtarışları davam etdirilir.

Hindistan Xarici İşlər Nazirliyi isə faktla bağlı açıqlama verərək dənizçilərdən birinin Hindistan vətəndaşı olduğunu və onun taleyindən hələlik xəbər alınmadığını diqqətə çatdırıb. Nazirlik, həmçinin Hindistanın 10 vətəndaşının uğurla xilas edildiyini bildirib.

Daha sonra Oman hökuməti rəsmi bəyanat yayaraq, vurulan gəmidən ümumilikdə 23 dənizçinin təhlükəsiz şəkildə təxliyə olunduğunu təsdiqləyib. Hazırda bölgədə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.