BAKI, 25 iyun. TELEQRAF

“İran ABŞ ilə imzaladığı anlaşma memorandumundakı bütün öhdəliklərinə əməl etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə deyib.

Nazir bildirib ki, İranın nüvə silahı əldə etməsinin, raket və PUA hücumlarının, proksi qüvvələrə dəstəyinin və regional ölkələrə müdaxilənin qarşısını almalıdır:

“Münaqişənin bitməsini, Pakistan və Qətərin vasitəçiliyi ilə ABŞ ilə İran arasında anlaşma memorandumunun imzalanmasını alqışlayırıq, Hörmüz boğazında sərbəst və təhlükəsiz nəqliyyatın bərpasını ümidverici addım hesab edirik”.

Əl-Xəlifə əlavə edib ki, Bəhreyn Omanın Hörmüz boğazında müvəqqəti keçid dəhlizi yaratmaq qərarını da alqışlayır və bunu Bəsrə körfəzi ölkələrinin təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edir.