BAKI, 23 may. TELEQRAF
İsrail ordusu Livanın cənubundakı Tibnin şəhərində yerləşən dövlət xəstəxanasının yaxınlığına iki hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 9 nəfər xəsarət alıb, xəstəxana binasına və şöbələrinə ciddi ziyan dəyib.
Qeyd edək ki, aprelin 16-dan etibarən Livan və İsrail arasında atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, İsrail aviasiyası və artilleriyası Livan ərazisinə gündəlik zərbələr endirməkdə davam edir.
"Hizbullah" hərəkatı isə buna cavab olaraq sərhəd zonasındakı İsrail hərbçilərinə qarşı hücumlar təşkil edir.