BAKI, 18 may. TELEQRAF
ABŞ və İsrail İrana qarşı yeni hücumlara hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” rəsmi mənbələrə istinadla məlumat yayıb.
Rəsmi mənbələr hücumların bu həftə başlaya biləcəyini qeyd ediblər.
Nəşrin məlumatına görə, bu, atəşkəsdən sonra ən genişmiqyaslı hərbi hazırlıqdır.