BAKI, 11 may. TELEQRAF
İsrail ordusu Livanın cənubundakı doqquz kənd və qəsəbə üçün təxliyə xəbərdarlığı edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Livan mediası da İsrail qüvvələrinin ölkənin cənubundakı Yəhmər əş-Şəqif və Kafr Benit kəndlərinə hücumları barədə məlumat yayıb.