BAKI, 7 may. TELEQRAF
“Hizbullah” hərəkatının “Ridvan” bölməsinin (xüsusi təyinatlı qüvvələr) komandiri Əhməd Qalib Ballut (Malek) Livanın paytaxtı Beyrutun ətrafında öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Ordusunun hücumlarında “Hizbullah”ın kəşfiyyat qurumunun rəhbəri Məhəmməd Əli Bazzi və hərəkatın hava hücumundan müdafiə qüvvələrinin komandiri Hüseyn Həsən Romani də öldürülüb.