BAKI, 5 may. TELEQRAF
ABŞ və müttəfiqlərinin atəşkəs rejimini pozması, habelə İrana qarşı dəniz blokadası tətbiq etməsi Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi riskə atıb.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
O qeyd edib ki, Hörmüz boğazı ətrafında yeni reallıq tədricən möhkəmlənir:
"Vaşinqtonun fəaliyyəti həm gəmilərin hərəkətinə, həm də enerji daşıyıcılarının tranzitinə birbaşa təhlükə yaradır. Tehran hələlik heç bir kəskin addım atmayıb. Regiondakı indiki vəziyyət ABŞ üçün əlverişli deyil".