BAKI, 27 aprel. TELEQRAF
“Nə atəşkəs, nə də danışıqlar İran üçün məntiqlidir”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədəh Hüseyn Maliki deyib.
Tehran və Vaşinqton arasında son danışıqlara toxunan iranlı deputat ABŞ Prezidenti Donald Trampı “fırıldaqçı” adlandırıb:
“Tərəflərdən heç biri danışıqlarda ortaq məxrəcə gəlməyə yaxın deyil. Əvvəllər bir neçə dəfə danışıqlara cəhd etdik, danışıqlar masasına oturduq, sonda bunun tələ olduğunu və ölkəmizə hücuma hazırlıq getdiyini başa düşdük”.
Maliki iddia edib ki, son müharibədəki “uğurları” İranı üstün mövqeyə gətirib və bu şəraitdə nə atəşkəs, nə də danışıqlar Tehran üçün məntiqlidir.
“Qabaqlayıcı zərbələrin də özünəməxsus şərtləri var, bunu lazım olduqda həyata keçirəcəyik”, - deputat əlavə edib.