BAKI, 11 aprel. TELEQRAF

“ABŞ İslamabadda özünün yox, İsrailin maraqları çərçivəsindən danışıqlara getsə, heç bir razılaşma olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmmədrza Arif deyib.

“Əgər İslamabadda “Birinci Amerika” nümayəndələri ilə danışıqlar aparsaq, hər iki tərəfə və bütün dünyaya fayda verəcək razılaşma əldə etmək şansı var. Amma “Birinci İsrail” nümayəndələri ilə qarşılaşsaq, heç bir razılaşma olmayacaq. Müdafiəmizi əvvəlkindən daha böyük güclə davam etdirməyə məcbur olacağıq və dünya bunun bədəlini daha ağır ödəyəcək”, - vitse-prezident qeyd edib.