BAKI, 8 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp və Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs razılaşması barədə elanını alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə Krallığın XİN-nin sosial media hesabında paylaşım edilib.

Səudiyyə Ərəbistanı bu razılaşmanın əldə olunmasında Şahbaz Şərifin və feldmarşal Asim Munirə göstərdiyi səmərəli səyləri yüksək qiymətləndirib.

Həmçinin vurğulanıb ki, Krallıq regional sabitliyin təmin olunması və gərginliyin azaldılmasına yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir.