BAKI, 24 mart. TELEQRAF

"Hörmüz boğazı təhlükəsiz beynəlxalq gəmiçilik üçün açıqdır, lakin bu qayda İranla müharibə aparan ölkələrə şamil edilmir".

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Çin xarici işlər naziri Vanq Yi ilə telefon danışığı zamanı bildirib.

Əraqçi Pekinə təcili humanitar yardıma görə təşəkkür edib. O qeyd edib ki, Tehran müvəqqəti deyil, hərtərəfli atəşkəs istəyir.

Vanq Yi isə bildirib ki, Pekin digər dövlətlərin suverenliyinin pozulmasına qarşıdır və tərəfləri sülh prosesinə başlamaq üçün hər fürsətdən istifadə etməyə çağırır.