BAKI, 12 mart. TELEQRAF

“İncirlik Türkiyənin hərbi hava bazasıdır, ABŞ-nin yox”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“Baza Eskişəhirdə yerləşən Hava Qüvvələri Komandanlığına bağlı 10-cu Əsas Reaktiv Baza Komandanlığı tərəfindən idarə olunur. Komandanlıq Adanada - İncirlikdə yerləşir. Bazada F-16 və yük təyyarəsi eskadrilyaları, PUA-lar fəaliyyət göstərir. Bütün obyektləri ilə birlikdə bazanın mülkiyyəti Türkiyə Cümhuriyyətinə məxsusdur. Bazanın komandanı türk briqada generalıdır”, - o bildirib.

Aktürk qeyd edib ki, bazada ABŞ əsgərlərinin olması bazanın ABŞ bazası olduğu anlamına gəlmir və burada İspaniya, Polşa və Qətər hərbi personalı da yerləşdirilib.