BAKI, 27 fevral. TELEQRAF

“İrana hücum olsa, ABŞ-nin Yaxın Şərq ölkələrindəki hərbi bazaları hədəfə alınacaq”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkərçi deyib.

“Münaqişə baş versə, Amerika hərbçiləri və texnikaları hədəfə alınacaq, ABŞ-nin bölgədəki bütün infrastruktur və hərbi bazaları İran qüvvələrinin atəş məsafəsində olacaq”, - o bildirib.