BAKI, 26 fevral. TELEQRAF

“İran nüvə silahı əldə etməyə çalışmır və bunu ABŞ ilə müqaviləyə daxil etməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran Müdafiə Şurasının katibi Əli Şamxani deyib.

O qeyd edib ki, ABŞ-nin yeganə tələbi bu olarsa, saziş ən qısa vaxtda bağlana bilər:

“Əgər danışıqların əsas məqsədi İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaqdırsa, bu, Ali rəhbərin (Əli Xamenei) fətvası və İranın milli təhlükəsizlik doktrinasına uyğundursa, o zaman ən qısa vaxtda razılaşma əldə etmək mümkündür”.

Şamxani əlavə edib ki, İran xarici işlər naziri və ABŞ ilə danışıqlarda Tehran nümayəndə heyətinin rəhbəri Abbas Əraqçi bu razılaşmaya nail olmaq üçün kifayət qədər dəstək və səlahiyyətə malikdir.