BAKI, 11 fevral. TELEQRAF

General Əşrəf Salem Mansur Misirin yeni müdafiə və hərbi sənaye naziri təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

Misir liderinin ofisi Mansurun əl-Sisinin iştirakı ilə Konstitusiya andı içməsinin görüntülərini yayımlayıb.

Misir hökumətinin yenidən qurulması çərçivəsində müdafiə nazirinin dəyişdirilməsi planları ilə bağlı əvvəllər açıqlama verilməmişdi.