BAKI, 10 fevral. TELEQRAF

“İran Silahlı Qüvvələri ölkəmizə hər cür təhdid, sui-qəsd və iddiaya qarşı qətiyyətli və möhkəm dayanacaq, təhdidlərə daha sarsıdıcı və geniş cavab verəcək”.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.

Düşmənlər, xüsusilə ABŞ və İsrail nə qədər təzyiq göstərsələr də, daha güclü və dözümlü İranla qarşılaşıblar. İran bütün düşmənçilik və təzyiqlərə baxmayaraq, elm, müdafiə, texnologiya, sosial və mədəni sahələrdə şöhrət, inkişaf və özünəinam zirvələrinə yüksələ bilib”, - bəyanatda qeyd olunub.