BAKI, 23 yanvar. TELEQRAF

“Dünya tamamilə xaricdən gələn yardım və xarici muzdlulardan asılı olan “bəsit təlxəklər”dən bezib”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 22-də Davos Forumunda çıxışı zamanı İrana xarici müdaxiləyə çağırışına cavab olaraq səsləndirib.

“Dünya bəsit təlxəklərdən bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu olan sizin ordudan fərqli olaraq, biz öz-özümüzü müdafiə edə bilirik və xarici yardıma müraciət etməyi zəruri hesab etmirik”, - X-də yazıb.

Əraqçinin sözlərinə görə, Zelenski ABŞ və Avropa vergi ödəyicilərinin pullarını korrupsiyalaşmış generallarının ciblərini doldurmaq üçün xərcləyir və BMT Nizamnaməsini pozaraq İrana qarşı qanunsuz aqressiyaya çağırış edir.