BAKI, 28 dekabr. TELEQRAF
Suriyanın qərbində, Lataqi və Tartus əyalətlərində nümayişlər baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Suriya TV məlumat yayıb.
Bildirilib ki, aksiyalar Ali Əl-Əvlit İslam Şurasının rəhbəri şeyx Qazal Qazal tərəfindən təşkil olunub.
Nümayişlər zamanı bəzi iştirakçıların silahdan istifadə edərək havaya atəş açdığı, həmçinin yeni hökumətə tabe hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdığı bildirilib.
Bəzi nümayişçilər, həbs olunmuş aktivistlərin azad olunmasını tələb etdiklərini bildirib.