BAKI, 7 sentyabr. TELEQRAF
“Ümid edirəm, Almaniya hakimiyyəti vətəndaşların diqqətini radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyasının Saksoniya-Anxalt əyalətində keçirilən seçkilərdəki qələbəsindən yayındırmaq məqsədilə Rusiya ilə müharibəyə başlamayacaq”.
Teleqraf xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.
“Ancaq bir arzum var: Almaniyada keçirilən regional seçkilərin nəticəsi ölkənin hakim dairələrində hakim partiyaların məğlubiyyətini ört-basdır etməyin yeganə yolu kimi Rusiya ilə müharibə təklifinin ortaya çıxmasına səbəb olmasın. Almaniya kiçik səhvlərə yol vermir”, - o bildirib.
Fitsonun sözlərinə görə, AfD-nin qələbəsinə obyektiv yanaşmaq lazımdır, çünki bu, suveren ölkədə seçicinin suveren qərarıdır.
Sentyabrın 6-da Saksoniya-Anxalt parlamentinə seçkilər keçirilib. Qələbəni 43,8 faiz səslə AfD qazanıb. Xristian Demokrat İttifaqı (CDU) isə cəmi 17,2 faiz səs toplayıb.