BAKI, 7 sentyabr. TELEQRAF
Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) başlayıb.
Teleqraf xəbər verir ki, tədbir sentyabrın 11-dək davam edəcək.
Qeyd edək ki, bu günlər ərzində Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 da (BCAW 2026) baş tutacaq tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.