BAKI, 8 dekabr. TELEQRAF
ABŞ Konqresi Suriyaya qarşı Sezar Qanununun qeyd-şərtsiz ləğv edilməsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.
Suriya Prezidenti Əhməd Şaraa bundan əvvəl ölkədə iqtisadi bərpanın əhəmiyyətinə diqqət çəkmişdi. Şaraa bildirmişdi ki, ABŞ ilə Saezar Qanununun ləğvi üçün danışıqlar davam edir, Donald Tramp administrasiyası bu məsələdə Suriyaya dəstək verir.
2019-cu ildə qəbul edilən “Sezar Suriya Mülki Müdafiə Qanunu” keçmiş prezident Bəşər Əsəd də daxil olmaqla, əvvəlki Suriya hökumətinə xalqa qarşı törədilən müharibə cinayətlərinə görə sanksiya tətbiq edən ABŞ qanunudur.