BAKI, 7 dekabr. TELEQRAF
İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 6 nəfər fələstinli ölüb.
Teleqraf xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 6 ölü və 17 yaralı daxil olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 70 360 nəfər ölüb, 171 047 nəfər yaralanıb.