BAKI, 7 dekabr. TELEQRAF
Suriya Prezidenti Əhməd Əl Şaraa ölkəsində qadınların cəmiyyətdəki rolunun gücləndirildiyini və onların hüquqlarının tam şəkildə qorunduğunu deyib.
Teleqraf xəbər verir ki, o , bu barədə Doha Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, suriyalı qadınlar dövlət idarəçiliyində fəal şəkildə təmsil olunur:
“Suriyalı qadınlar güclüdür, onların hüquqları qorunur və təmin olunur. Biz qadınların hökumətdə və parlamentdə tam iştirakını təmin edirik”.
Prezident əlavə edib ki, qadınların vəziyyəti ilə bağlı narahatlıq əbəsdir:
“Suriyalı qadınlar üçün narahat olmayın, narahat olmalı olan suriyalı kişilərdir”.