BAKI, 7 dekabr. TELEQRAF
"İran xarici işlər naziri Abbas Əraqçi yaxın günlərdə Rusiya və Belarusa səfər edəcək. Səfər çərçivəsində o, hər iki ölkənin rəsmiləri ilə yüksək səviyyəli danışıqlar aparacaq".
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinq zamanı bildirib.
Onun sözlərinə görə, səfər iki ölkə ilə davamlı məsləhətləşmə prosesinin tərkib hissəsidir:
“Gələn həftə Belarus və Rusiyada yüksək səviyyəli görüşlər keçiriləcək. Cənab Əraqçi bu ölkələrə daimi siyasi məsləhətləşmələr çərçivəsində səfər edəcək”.