BAKI, 4 oktyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatının ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması planına cavabını regionda sülhün əldə olunması istiqamətində mühüm addım adlandırıb.
Teleqraf xəbər verir ki, o, İsraili hərbi əməliyyatları dərhal dayandırmağa və atəşkəs planına əməl etməyə çağırıb.
“HƏMAS-ın Qəzzada atəşkəs planına cavabı davamlı sülhün əldə edilməsi istiqamətində konstruktiv və mühüm addımdır. İsrail dərhal bütün hücumları dayandırmalı və atəşkəs planına əməl etməlidir. Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etmək və davamlı sülhə nail olmaq üçün bütün lazımi tədbirlər təxirə salınmadan həyata keçirilməlidir”, - Türkiyə prezidenti vurğulayıb.