BAKI, 23 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS Hərəkatını terror təşkilatı kimi tanımır.

Teleqraf xəbər verir ki, o, bu barədə ABŞ-nin “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, müqavimət hərəkatı sayıram”, - Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, HƏMAS-ın hərbi potensialı İsrailin hücumlarından müdafiə üçün kifayətdir.