BAKI, 18 sentyabr. TELEQRQAF
İsrailin Qəzza şəhərində başladığı genişmiqyaslı quru əməliyyatı girovların azad olunması imkanını aradan qaldırır.
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.
Təşkilat İsrail əsgərlərini girov götürməyi planlaşdırdıqlarını və əllərində minlərlə partlayıcı qurğu olduğunu bəyan edib.
Sentyabrın 16-da İsrail ordusu Qəzza şəhərində genişmiqyaslı quru əməliyyatına başlayıb, məqsəd isə HƏMAS silahlı birləşmələrini məhv etmək və şəhər üzərində tam nəzarət əldə etməkdir.