BAKI, 18 avqust. TELEQRAF

Son bir il ərzində İsrail Təhlükəsizlik Xidməti və ölkə polisi onlarla vətəndaşın İran kəşfiyyatına işlədiyini aşkara çıxarıb.

Teleqraf xəbər verir ki, məlumatı "The New York Times" yayıb.

İsrailin müvafiq qurumları 25-dən çox belə faktı üzə çıxarıb. 40 nəfərdən çox israilli İrana işləməkdə ittiham edilir.

Qəzetin yazdığına görə, İran kəşfiyyat xidmətləri 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra israilliləri öz sıralarına cəlb etmək üçün səylərini artırıb.