BAKI. 17 avqust. TELEQRAF

İsrail qüvvələri Qəzza zolağında Moraq və yardım paylama mərkəzləri yaxınlığında azı 13 fələstinlini öldürüb.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 27 maydan bəri öldürülən yardım axtaranların ümumi sayı azı 1924 nəfərə çatıb, 14 mindən çox insan isə yaralanıb.