BAKI. 17 avqust. TELEQRAF

İsrail Yəmənin paytaxtı Səna yaxınlığında Husi rejiminə məxsus enerji infrastruktur obyektinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücum İsrail ərazisinə qarşı husilərin dəfələrlə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına cavab olaraq həyata keçirilib.