BAKI, 13 avqust. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin müxtəlif ölkələrə qarşı sanksiyalarının bəşəriyyətə qarşı cinayət kimi tanınmasına çağırış edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“ABŞ və tərəfdaşlarının qeyri-insani sanksiyalarını bəşəriyyətə qarşı cinayət kimi tanımağın vaxtıdır. Sanksiyaya məruz qalan ölkələr vahid reaksiya formalaşdırmaq üçün səyləri əlaqələndirməlidir”, - Əraqçi bildirib.