BAKI, 29 sentyabr. TELEQRAF

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın Rusiya ərazisinə hava hücumlarının tezliyinin artması səbəbindən mülki əhali arasında itkilərin artmasından narahatlığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

"BMT Baş katibi mülki şəxslərə və mülki infrastruktura edilən istənilən hücumu pisləyir" - Dujarrik qeyd edib.