
BAKI, 21 may. TELEQRAF
İsrail ordusu özünümüdafiə tədbirləri çərçivəsində Qəzza zolağında əməliyyatını genişləndirir, lakin girovların azad edilməsi barədə razılaşma əldə olunarsa, "fəaliyyətinə düzəliş etməyə" hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib.
O deyib ki, İsrail tərəfi HƏMAS hərəkatı darmadağın edilənədək əlavə ərazilərə əməliyyat nəzarətini artıracaq, terror infrastrukturunu təmizləyəcək və məhv edəcək.
Eyal Zamirin sözlərinə görə, girovların xilas edilməsi hərbi əməliyyatların prioritet məqsədi olaraq qalmaqdadır.