BAKI, 16 oktyabr. TELEQRAF
“Ermənistanla kənd təsərrüfatı, heyvandarlıq və ətraf mühitin mühafizəsi də daxil olmaqla, bir çox istiqamətdə dialoqun inkişaf etməsi Türkiyəni sevindirir”.
Teleqraf xəbər verir ki, bunu İrəvanda COP17 çərçivəsində keçirilən liderlər sammitində Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib.
“Ermənistanla kənd təsərrüfatı, heyvandarlıq və ətraf mühitin mühafizəsi də daxil olmaqla, bir çox istiqamətdə dialoqun inkişaf etməsi bizi sevindirir. Tarixi-coğrafi məsuliyyətini dərk edən Türkiyə regionda rifahın və sabitliyin möhkəmləndirilməsi üçün səylərini davam etdirəcək. Gələn ay Antalyada sizinlə görüşməyi səbirsizliklə gözləyirik. Gəlin, İrəvandan Antalyaya uzanan yolda təbiətin qorunması və dayanıqlı gələcəyin qurulması naminə birlikdə qətiyyətli və konkret addımlar ataq”.