BAKI, 16 oktyabr. TELEQRAF

Son bir həftə ərzində Bakı şəhəri, Ağsu və Şəmkir rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Teleqraf-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Mikayıl Hüseynov prospektində, Yasamal rayonu Mətbuat prospektində, Ağsu rayonu Suraxanı və Şəmkir rayonu Sabirkənd kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 136 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.