BAKI, 16 oktyabr. TELEQRAF

Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, toplantıda struktur dəyişiklikləri ilə bağlı qərar verilib.

Partiyanın Veteranlar Şurasına, Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr postuna rəhbərlik edəcək şəxslər müəyyənləşib.

YAP idarə heyətinin qərarı ilə partiyanın növbəti müddətdə Veteranlar Şurasına yenidən Arif Rəhimzadə sədrlik edəcək.