BAKI, 16 oktyabr. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib.
"Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü və möhkəmdir, lakin iqtisadiyyata təsir çox böyükdür və rusiyalılar bunu başa düşərək sülhə hazırdırlar. Ukraynalılar cari ildə sülh nizamlanmasına getməsələr, gələn il onların işi daha da çətinləşəcək",- o qeyd edib.