BAKI, 16 oktyabr. TELEQRAF
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada təşkil olunan dünya çempionatında yarımfinal oyununa çıxıb.
Teleqraf xəbər verir ki, millimiz finala yüksəlmək uğrunda görüşdə Rumıniya seçməsinə 0:2 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra çempionluq şansını itirən yığmamız mübarizəni bürünc medal uğrunda matçda davam etdirəcək. Komandamızın 3-cü yer uğrunda görüşdəki rəqibi Macarıstan seçməsi olacaq.
Xatırladaq ki, U-23 millimiz turnir ərzində keçirdiyi əvvəlki oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiya seçmələrini 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib, Rumıniya ilə qrup mərhələsindəki qarşılaşmada isə heç-heçə (3:3) edib.