BAKI, 16 oktyabr. TELEQRAF
“Neftçi” Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la oyun üçün azarkeşlərinə 3130 bilet ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarını əhatə edir. Həmin sektorlara daxil olmaq istəyən "Neftçi" azarkeşlərindən oktyabrın 17-si saat 17:00-da arenanın “B” girişinə yaxınlaşmaları xahiş olunur. Stadiona daxilolma xüsusi QR kodla həyata keçirildiyi üçün 30 klub əməkdaşı və 50-yə yaxın "Neftçi" könüllüsü fanatların sektorlara rahat keçməsini təmin edəcək. Biletlər oyun günü elə “B” girişində təqdim olunacaq.
Qarşılaşmanı 25, 26, 27 və 28-ci sektorlarda “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün bilet satışı “Palms Sports Arena”nın kassalarında davam edir.
Bundan əlavə, oyun günü saat 17:00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşlərin “Palms Sports Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna daşınmasını təmin edəcək.