BAKI, 16 oktyabr. TELEQRAF

“Ukrayna prezidentinin dəyişdirilməsi məsələsini Ukrayna xalqı həll etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədə qalmasının zəruriliyi ilə bağlı son açıqlamalarını şərh edərkən deyib.

“Ukraynanın prezidenti kimin olacağına Ukrayna xalqı qərar verəcək. Tramp Ukraynaya necə davranmalı olduğunu diktə etməməlidir”, - Belarus lideri bildirib.

Lukaşenko iddia edib ki, Zelenski vaxtilə yalnız bir müddət prezident vəzifəsində qalacağına söz verib: “İndi verilən vədlərə əməl edilməlidir”.